2 aydır itkin düşən məşhur aktyor ölü tapıldı


Fransanın Beaujolais şəhərindəki bir evdə tapılan cəsədin 2 aydan çox itkin düşmüş məşhur aktyor Marvan Berreniyə aid olduğu məlum olub.



AFN.az Qərb mediasına istinadən xəbər verir ki, Berreninin cəsədi asılmış halda tapılıb.

Fransada yayımlanan "Plus belle la vie” serialı ilə tanınan məşhur aktyorun ölüm xəbəri hər kəsi şoka salıb.

Hadisə ilə bağlı açıqlama verən şəhər prokurorluğu "DNT analizi cəsədin Marvan Berreniyə aid olduğunu göstərir", - deyib.

İddiaya görə, avqustun əvvəlində Makonda gecə klubunun yaxınlığında 37 yaşlı qadını avtomobil vurub. Qadının bədənində çoxlu sınıqlar olduğu halda, onu vuran avtomobil qaçıb.

Bir müddət sonra həmin nəqliyyat vasitəsinin sürücüsünün Mərvan Berreni olduğu iddia edilib. Araşdırmalar onun üzərində cəmlənərkən, 2 gün sonra qəza yerindən 15 kilometr aralıda avtomobil tapılıb. Bu avtomobilin Berreniyə məxsus olduğu müəyyən edilib.

Hadisə ilə bağlı istintaq davam edərkən, Fransa mətbuatının yazdığına görə, Marvan Berreni qadını maşınla əzdiyi üçün vicdan əzabı çəkdiyinə görə həyatına son qoyub.

Digər tərəfdən Berreninin vurduğu qadın 5 gün reanimasiyada qaldıqdan sonra evə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu