Qəzzada xəstəxana vuruldu - Azı 500 nəfər ölüb/VİDEO


İsrail ordusu hadisə ilə bağlı məlumat yayaraq xəstəxananın onlar tərəfindən vurulması xəbərlərini təkzib edib.


“Bizim ixtiyarımızda olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır” - İsrail ordusunun məlumatında deyilir.

***

Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb.


AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 500 nəfərin öldüyünü açıqlayıb.

Xəstəxanada yüzlərlə yaralı, xəstə və köçkünlərin olduğu bildirilir.

Xəstəxananın İsrail tərəfindən vurduğu iddia olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu