Xaçatryanın yeni vəkili kimdir? - Foto

Xəbər veriyimiz kimi, Vaqif Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə əlaqədar müvəkkilinin hüquqlarını qoruya bilməyəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, məhkəmə Xaçatryana dövlət hesabına Radmila Abul qızı Abılovanı vəkil təyin edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Radmila Abılova Bakı şəhər 5 saylı Vəkil Bürosunda çalışır, 11 illik vəkillik təcrübəsinə malikdir.