Sosial şəbəkədə yeni dələduzluq üsulu


Sosial şəbəkədə yeni dələduzluq üsulu yayılıb.



AFN.az Trend-ə istinadən bildirir ki, insanlarda inam yaratmaq məqsədilə müxtəlif dövlət rəsmilərinin şəkilləri paylaşılaraq saxta müsahibə mətni yazılır. Və keçidə keçən ziyarətçiləri müxtəlif saytların saxta giriş səhifəsi qarşılayır.

Müsahibə mətnində qeyd olunan investisiya saytı tamamilə dələduzluq əməlləri üçün nəzərdə tutulub və hər hansı bir yatırım zamanı sizə geri ödəniş olunmur, üstəlik ödənilən vəsaitlər mənimsənilir.

Qeyd edək ki, bu və bunun kimi xəbərlərə inanmamağını, şəxsi məlumatlarınızı həmin keçidlərə daxil etməkdən çəkinməyiniz tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu