DİN-dən itin şəkər yediyi üçün döyülərək öldürülməsi ilə bağlı açıqlama - FOTO

Daxili İşlər Nazirliyi Zaqatala rayonunda itin döyülərək öldürülməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AFN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”.
Qeyd edək ki, sosial şəbəkərdə Zaqatalada çayxananın həyətinə girən it şəkər yediyi üçün döyülərək öldürülməsi barədə foto yayılıb.