Özbəkistan "Yandex Go" xidmətini bloklayır


Özbəkistanda “Yandex Go” taksi xidmətinin şirkət respublikanın vergi rezidenti olmadığı təqdirdə bloklanacağı bildirilir. Bu barədə ölkənin Vergilər Komitəsi öz Telegram kanalında məlumat yayıb.


İndi "Yandex Go" Özbəkistanda Hollandiyada qeydiyyatdan keçmiş "Ridetech International B.V." şirkəti ilə təmsil olunur. Vergi Xidməti qeyd edib ki, hələ sentyabr ayında şirkətə ölkədə fəaliyyətin qanunvericiliyə uyğun təşkili ilə bağlı tələblər təqdim edilib. Onların arasında vergi rezidenti kimi qeydiyyata alınması və vergilərin müvafiq qaydada ödənilməsi, vergi orqanlarının informasiya sisteminə inteqrasiya və müştərilərə fiskal qəbz xidmətinin göstərilməsi daxildir.

Bu problemləri həll etmək üçün "Yandex Go"ya iki ay vaxt verilir: “Əgər yuxarıda göstərilən tələblər 2023-cü il dekabrın 1-dək yerinə yetirilməsə, vergi komitəsi Özbəkistanda "Yandex Go" elektron platformasının aqreqator kimi istifadəsinin qarşısını almaq üçün Rəqəmsal Texnologiyalar Nazirliyinə rəsmi sorğu göndərəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu