Google Rusiya şirkətləri üçün "Workspace" xidmətlərini blok etməyə başlayıb


Google ABŞ sanksiyalarına məruz qalan Rusiya şirkətləri üçün "Google Workspace" korporativ xidmətlərini (korporativ poçt, sənədlər, disk və s.) bloklamağa başlayıb.


Bu barədə “Kommersant” informasiya texnologiyaları şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.

"Xidmətlərin bloklanmasından sonra şirkət əməkdaşları korporativ poçtlara daxil ola, "Google Workspace" vasitəsilə elektron sənəd idarəetməsindən istifadə edə bilmir, bu səbəbdən maliyyə və reputasiya itkisi riski var. Demək olar ki, bütün vacib sənədlər və yazışmalar Google-un korporativ yaddaşında qalıb", - deyə nəşrin mənbəsi bildirib.

Başqa bir şirkətdən olan həmsöhbət nəşrə aydınlıq gətirib ki, bir çox təşkilat Google-un bloklanma ilə bağlı əvvəlcədən xəbərdarlıq edəcəyinə ümid edərək, Yandex kimi alternativ iş sahələrinə keçidi sona qədər ləngidir. "Rusiya İT şirkətlərinin əməkdaşlarına göndərilən məktubda korporasiya bloklanmağı “spam mesajlar”la əsaslandırıb" - deyə mənbə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu