Şahramanyan da həbs edildi? - SON DƏQİQƏ

Qarabağdakı keçmiş xunta rejiminin 19 günlük oyuncaq başçısı Samvel Şahramanyanın artıq Ermənistan ərazisində olduğu iddiası var.
AFN.az-ın məlumatına görə, TASS yaxın çevrəsindəki mənbəyə istinadən xəbər verir ki, o, Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanmayıb.
Qeyd edək ki, bundan əvvəl 3 oyuncaq “lider”in də Ermənistanda olduğu xəbəri yayılmışdı. Amma dünən onlar qandallanaraq Bakıya gətirildi.