Qəzənfər Paşayevin səhhəti pisləşdi: "Yataqdayam, müalicə alıram"

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.
O, Bakupost.az-a açıqlamasında bildirib ki, havaların dəyişməsi ilə əlaqədar halı pisləşib, təzyiqi düşüb.
Q.Paşayev evdə müalicə olunduğunu deyib: “Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər”.