Türkiyə Silahlı Qüvvələri bu il 991 terrorçunu məhv edib


“Suriyada sabitliyin ən yaxın gələcəkdə təmin olunması üçün fəaliyyətimizi davam etdiririk”.



AFN.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib.

Qeyd olunub ki, suriyalıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün lazımi addımlar atılır.

Həmçinin, vurğulanıb ki, əməliyyat ərazilərindəki təhlükəsizliyin təmin olunmasından ötrü də lazımi tədbirlər görülür: “Bu ilin əvvəlindən etibarən terrorçular mövqelərimizə 342 dəfə hücum etmiş və ya təxribata cəhd göstərmişdilər. Bu hücumlara adekvat cavab verilib. Nəticədə il ərzində 991 terrorçu məhv edilib. Onlardan 65-i son 1 həftə ərzində zərərsizləşdirilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu