Burkina Fasoda dövlət çevrilişi cəhdi uğursuzluqla nəticələnib


Burkina Faso hərbi rəhbərliyi sentyabrın 26-da dövlət çevrilişinə cəhdin yatırıldığını açıqlayıb.


Çevriliş şayiələrinin ardınca bir çox nümayişçinin küçələrə çıxmasına səbəb olan hadisələrlə bağlı açıqlama verən hökumət, çevriliş cəhdinin Burkina Fasonun kəşfiyyat və təhlükəsizlik xidmətləri tərəfindən qarşısının alındığını bildirib.

Hadisədə iştirak edən çoxlu sayda şəxsin saxlanıldığı bildirilən açıqlamada hökumətin çevriliş cəhdinin arxasında duranların "maskasını açacağı" və hadisəni bütün çılpaqlığı ilə ortaya çıxaracağı vurğulanıb.

Burkina Fasoda ordu ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək 2020-ci ilin sentyabrında hakimiyyəti ələ keçirib, hazırda kapitan İbrahim Traore ölkəyə liderlik edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu