Burkina Fasoda Fransanın “Jeune Afrique” jurnalının nəşrləri dayandırılıb


Burkina-Fasoda hökumət Afrika üçün məzmun istehsal edən fransız jurnalı "Jeune Afrique"nin yayılmasını və jurnalın veb-saytına girişi növbəti xəbərdarlığa qədər dayandırıb.


Hökumətin verdiyi açıqlamaya görə, jurnalın yayımı və sayta giriş sentyabrın 25-dən dayandırılıb. Bəyanatda qadağaya səbəb kimi biri ötən həftə, digəri isə dünən dərc olunmuş iki məqalə göstərilib.

Açıqlamada “Burkina Fasoda ordu sıralarında gərginlik davam edir” və “Burkina Fasoda kazarmalarda narazılıq artır” başlıqlı iki məqalənin yanıltıcı olduğu bildirilib və nəşr ölkədə xaos yaratmaqda günahlandırılıb.

Hərbçilərin hakimiyyətdə olduğu Burkina Fasoda iyunda Fransanın "LCI" telekanalının yayımı üç ay müddətinə dayandırılıb, apreldə isə "Liberation" və "Le Monde" qəzetlərinin müxbirləri deportasiya edilib.

Mart ayında "France 24" yayımı, 2022-ci ilin dekabrında isə Fransız radio "RFI" yayımları qadağan edildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu