Türkiyəli nazir: "Strateji ortaqlığımızın önəmli investisiyalara çevriləcəyinə inanıram"


"Türk Dövlətləri Təşkilatının üzvləri arasında olan strateji ortaqlığın önəmli investisiyalara çevriləcəyinə inanıram".



"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.


"Türk Dövlətləri Təşkilatı qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platformadır. Bu çərçivədə əməkdaşlıq hər il daha da inkişaf edir. Dünyadakı pandemiya, quraqlıq, müharibələr, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər bütün ölkələri yeni strategiyalar qəbul etməyə məcbur edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi qidaya əlçatanlığın nə qədər vacib olduğunu göstərib. Bu kimi böhranların həlli üçün yol xəritələrinin hazırlanması, əməkdaşlığın genişləndirilməsi vacibdir", - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu