Qan xeyriyyəçiləri İndoneziyada işgüzar səfərdə olub - FOTOLAR


Qan Donorları Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 06-11 sentyabr 2023-cü il tarixində İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdə olub.


Səfər çərçivəsində İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti, İndoneziya Mərkəzi Qan Bankı və "Cardes" Diqital Fondunda iki ölkənin qan donorluğu sahəsində əməkdaşlıq və müştərək layihələri müzakirə olunub.
Səfər müddətində Qan Donorları Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının İndoneziya Respublikasında fəaliyyət göstərən səfirliyini də ziyarət edib və iki ölkə arasında yaxın gələcəkdə həyata keçiriləcək layihələrini müzakirə etmişdir.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu