12 yaşlı oğlan 4 nəfər tərəfindən cinsi təcavüzə məruz qalıb: Ata fəryad edir, aidiyyatı qurumlar isə susur-VİDEO


Sabirabadın Rüstəmli kənd sakini Əli Həsənov (ad və soyad şərtidir) oğlunun cinsi təcavüzə məruz qaldığını deyir.


AFN.az "Toplum TV"-yə istinadən xəbər verir ki, ata dolanışıq ucbatından bir neçə ay öncə Rusiyaya işləməyə gedib. Amma 12 yaşlı oğlunun 4 nəfər tərəfindən zorlanması xəbərini aldıqda getdiyinə peşiman olub. Jurnalist Fərid İsmayılov ata ilə həmsöhbət olub: "Deyir özü dolanışıq üçün Rusiyada fəhlə, həyat yoldaşı isə qarpız yığımı, torpaq şumlanmasında günü 10-15 manata işləyib. Uşaq 16 kv.m. taxtadan ibarət olan daxmada nəzarətsiz qalıb. Elə şübhələndikləri, uşağın adlarını çəkdiyi şəxslər də bu daxmanın qonşuluğunda yaşayırlar. Nə az, nə çox 4 nəfər".
F.İsmayılovla söhbətində ata bildirib ki, hadisəni eşidən kimi rayona qayıdıb, polisə şikayət edib, polis uşağı ekspertizaya göndərib. "Cinayət işi isə açılmayıb. Polis ekspertizanın nəticələrini gözləyir, ekspertiza isə deyir, kiməsə borcu yoxdur, gəlib polis rəyi götürsün".

Daxili İşlər Nazirliyinin Şirvan Regional Qrupundan "Toplum TV"-yə bildirilib ki, cinayət işinin başlanması üçün ekspertizanın nəticələri gözlənilir.

Yekun rəyi verən İmişlinin ekspertiza idarəsindən isə "Toplum TV"-yə deyilib ki, ekspertizanın nəticələri 10 günə yaxındır hazırdır. Amma müstəntiq sənədləri götürmür.

"Müsahibədən sonra yəqin ki, rəy tapılacaq, hansısa qərar da veriləcək. Amma gəldiyim qənaət odur ki, uşaq baş verənləri hazırda tam dərk etmir. Yaşadığı kənddə onu barmaqla göstərirlər, illər sonra nəyin baş verəcəyi isə bəlli deyil. Uşaq ayın 15-də dərsə də getməyib. Təhsildən kənarda qalıb. Nə məktəb, nə rayon icra hakimiyyəti, nə də Bahar Muradovanın rəhbəri olduğu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqla görüşməyib" - deyə F.İsmayılov bildirib.

[media=https://www.youtube.com/watch?v=Flz-ndXD03w]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu