"Sputnik Moldova"nın ölkədən qovulan rəhbəri Rusiya ordusunun polkovnikidir?


Sentyabrın 13-də Moldovadan qovulan Rusiyanın "Sputnik Moldova" xəbər agentliyinin rəhbəri Vitali Denisovun Rusiya ordusunda zabit olduğu iddia edilir.


Bu açıqlama "The Insider"in araşdırmasında yer alıb

"Denisov jurnalistika ilə çox dolayı əlaqəyə malikdir və ehtimal ki, QRU-nun maraqlarına uyğun olaraq xarici auditoriyaya məlumat yeritmək və dezinformasiya ilə məşğul olan 72-ci Xüsusi Xidmət Mərkəzinin (54777 hərbi hissəsi) karyera zabitidir" - deyə nəşr yazır.

İstintaqın məlumatına görə, Denisov o vaxtkı Ukrayna SSR-nin Zakarpat vilayətində anadan olub, sovet dövründə Lvov Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb (sonralar onun bazasında Ukrayna Quru Qoşunlarının Akademiyası yaradılıb).

1992-ci ildə Moskvaya köçüb və Müdafiə Nazirliyinin əsas çap orqanı olan “Krasnaya Zvezda” qəzetinin əməkdaşı olub.

2005-ci ildə Müdafiə Nazirliyindən idarə mənzili alıb və 2013-cü ildən Moskva vilayətinin Baş İstintaq İdarəsində işlədiyi bildirilir.

“The Insider”in Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Denisov İstintaq Komitəsindən, xüsusən də xarici auditoriyaya saxta məlumatların yayılmasında iştirak etdiyi iddia edilən 72-ci Xüsusi Xidmət Mərkəzinə keçib.

Həmçinin 2016-cı ildə Denisova polkovnik rütbəsi verildiyi iddia edilir. 2019-cu ildən Sputnik-ə qismən tanınan Cənubi Osetiyada, sonra Azərbaycanda, 2022-ci ildən isə Moldovada rəhbərlik edir. Materialda Denisovun özündən heç bir şərh yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu