F-16-ları əvəz edəcək F-35-lər Danimarkaya endi


Danimarkanın bir hissəsini Ukraynaya göndərəcəyi F-16 donanmasının dəyişdirilməsi üçün sifariş verdiyi F-35 döyüş təyyarələrindən 4-ü Skyrdstrup Hava Bazasına eniş edib.


Danimarkanın 2,2 milyard dollara sifariş etdiyi 27 F-35 döyüş təyyarəsindən 4-ü ölkəyə gəlib.

Ölkənin Jutland yarımadasındakı Skrydstrup aviabazasına eniş edən 4 ədəd F-35-in rəsmi çatdırılması oktyabrın 1-də həyata keçiriləcək.

Bu 27 təyyarə 2025-ci ilin sonuna qədər davam etməsi gözlənilən keçid dövründən sonra ölkənin 40 ildən artıqdır istifadə etdiyi 30 F-16 döyüş təyyarəsi parkını əvəz edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu