Rusiyanın hücumu: Rumıniya sakinləri sığınacaqlara çağırıldı


Ukraynanın cənubuna Rusiyanın pilotsuz uçuş aparatının hücumu zamanı Rumıniyanın Tulça bölgəsindəki kəndlərin sakinləri RO-Alert (həyəcan siqnalı – red.) mesajı alıblar.



Mesajda sakinlərə PUA qalıqlarının düşə biləcəyi barədə xəbərdarlıq edilib və onları sakit olmağa və sığınacağa keçməyə çağırıb.

"Göydən obyektlərin düşməsi ehtimalı var. Sakit olun! Zirzəmilərə və ya mülki müdafiə sığınacaqlarına keçin. Sığınacaq yoxdursa, evdə qalın, pəncərələrdən və xarici divarlardan uzaq durun", - mesajda deyilir.

Fövqəladə vəziyyətin təxmini müddəti 90 dəqiqə olaraq qiymətləndirilir.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Odessa vilayəti üzərində Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 32 hücum PUA-sı vurulub, liman infrastrukturu zədələnib, 7 nəfər yaralanıb.

Bir gün əvvəl məlum olub ki, Dunay çayının sahilindəki Rumıniya kəndinin o tayında Rusiyanın davamlı olaraq Ukrayna limanlarını atəşə tutması səbəbindən təhlükə altında olan sakinlər üçün sığınacaqlar tikilməyə başlanıb.

Bu, Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyinə bənzər bir neçə dron qalıqlarının ölkə ərazisinə düşməsini təsdiqlədikdən sonra baş verib.//Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu