Kanadanın baş naziri Hindistanı sentyabrın 12-də tərk edə biləcək


Kanadanın baş naziri Castin Trüdo 12 sentyabr çərşənbə axşamından tez olmayaraq Hindistandan uça biləcək.


Bu barədə baş nazirin mətbuat katibi Məhəmməd Hüseyn məlumat verib.

“Biz baş nazirin gedişinin sabah səhər (çərşənbə axşamı, 12 sentyabr) baş tutmasını təmin etmək üçün tədbirlər görürük, lakin vəziyyətin dəyişə biləcəyini anlayırıq”, - deyə CTV onun sözlərindən sitat gətirib.

Telekanalın məlumatına görə, artıq Trüdoya ehtiyat təyyarə havaya qalxıb.

Daha əvvəl CTV telekanalı xəbər vermişdi ki, Hindistanda keçirilən G20 sammitində iştirak edən baş nazir və Kanadanın bütün nümayəndə heyəti, o cümlədən mətbuat nümayəndələri təyyarənin nasazlığı səbəbindən Nyu-Dehlidən uça bilməyiblər. Təyyarədə texniki nasazlıq olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu