Kim Çen In Putinlə görüşməyə hazırlaşır


Cənubi Koreya mətbuatında yer alan xəbərə görə, Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya yola düşüb.


Məlumata görə, Kim xüsusi qatarla Şimali Koreyanın şimal-şərq sərhədinə gedəcək. İki rəhbər arasında görüşün çərşənbə axşamı baş tutacağı ehtimalı var.

Günün əvvəlində Rusiyanın "İnterfaks" xəbər agentliyi xəbər verib ki, Kimin "yaxın günlərdə" Uzaq Şərqə səfəri gözlənilir.

Bu səfər Kimin dörd ildən artıq müddətdə xaricə ilk səfəri olacaq.

Şimali Koreyanın ABŞ-ın keçmiş prezidenti Donald Trampla nüvə tərksilahına dair danışıqlarının nəticəsiz qalmasından sonra onun 2019-cu ildə sonuncu xaricə səfəri Putinlə görüşi üçün Vladivostoka olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu