İsrail Mərakeşə humanitar yardım və xilasetmə qrupları göndərib


İsrailin müdafiə naziri Yoav Gallant orduya 7 bal gücündə zəlzələ nəticəsində sarsılan Mərakeşə humanitar yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi üçün hazırlıqlara başlamağı əmr edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusundan açıqlama verilib.

Bildirilir ki, Gallant ordudan bölgəyə humanitar yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi üçün hazırlıqlara başlamasını istəyib.

Xarici işlər naziri Eli Koen İsrailin Rabatdakı səfirliyinə zəlzələnin baş verdiyi Mərakeşdəki İsrail vətəndaşları ilə əlaqə saxlamağı tapşırıb.

İsrail mediasının məlumatına görə, Koen Mərakeşə humanitar yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi üçün koordinasiya da istəyib.

Mərakeş Daxili İşlər Nazirliyi, Mərakeşin Əl-Huz bölgəsində baş verən zəlzələdə 632 nəfərin öldüyünü, 329 nəfərin isə yaralandığını açıqlayıb.

Mərakeş mediası yerli vaxtla saat 23.10-da baş verən zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu