BƏƏ zəlzələdən sarsılan Mərakeşə kömək etmək üçün hava körpüsü qurur


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 7 bal gücündə zəlzələ nəticəsində sarsılan Mərakeşə humanitar yardım çatdırmaq üçün hava körpüsü quracağını açıqlayıb.


BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, prezident Məhəmməd bin Zayed Əl Nəhyan Mərakeşdə zəlzələdən zərər çəkənlərə təcili humanitar yardımın çatdırılması üçün hava körpüsünün yaradılmasına göstəriş verib.

Bildirilib ki, hava körpüsü BƏƏ ilə Mərakeş arasındakı qardaşlıq münasibətləri çərçivəsində bu ölkəyə verilən dəstəyin bir hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu