Bakıda yağışlı hava nə vaxtadək davam edəcək?


"Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir".



AFN.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır:

“Balakan, Şəki bölgəsinin bəzi yerlərində intensiv və güclü yağış müşahidə olunur. Ən çox yağıntı miqdarı Qax, Şəki, Zaqatala və Qəbələdə qeydə alınıb. Digər bölgələrdə isə nisbətən az yağıntı olub”.

A.Verdiyevin sözlərinə görə, Zaqatala, Şəki və Tərtərdə şimal-qərb küləyi əsib. Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 12-nə kimi davam edəcək. Bakı və Abşeron yarımadasında sentyabrın 9-10-da yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağışın intensiv olacağı gözlənilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu