Fransada məktəblərin əsl problemləri uzun paltar qadağası ilə kölgədə qalıb


Fransada abaya (uzun paltar) qadağası ilə məktəblərin əsl problemləri gündəmin arxasına düşüb.


Hökumət Yaxın Şərqdən gələn bu paltarları "dini geyim" kimi qiymətləndirir.

Fransada 12 milyon şagirddən 298-i yeni tədris ilinin başlandığı sentyabrın 4-də məktəbə abaya ilə gəlib, bu şagirdlərdən 67-si onu çıxarmaqdan imtina edib.

Daha əvvəl dəfələrlə gündəmə gələn abaya məsələsi avqustun 27-də Fransanın təhsil naziri Qabriel Attalın məktəblərdə bu paltarın qadağan olunacağını açıqlamasından sonra milli mətbuatın manşetlərində yer alıb.

Müəllim həmkarlar ittifaqı hökumətin məktəblərdə kadr çatışmazlığı, müəllimlərin maaşlarının qeyri-adekvat olması, məktəbdə həmyaşıdların zorakılığı kimi problemləri bu məsələni gündəmə gətirməklə gizlətməyə çalışdığını iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu