ABŞ məhkəməsindən immiqrantlarla bağlı qərar - Maneələr aradan qaldırılacaq


ABŞ-ın dairə hakimi Devid Ezra immiqrantların keçidinin qarşısını almaq üçün Texas qubernatoru Qreq Abbottun göstərişi ilə ABŞ-Meksika sərhədində yerləşən Rio Qrande çayı üzərində qoyulmuş üzən maneələrin götürülməsinə göstəriş verib.


Dairə hakimi Ezra Texas administrasiyasına 15 sentyabr tarixinə qədər üzən maneələri sudan çıxarıb çay sahilinə daşımağı əmr edib.

Ezra öz qərarında üzən maneələrin tamamilə sökülməsinə qərar verməkdən çəkinsə də, bu maneələrin təhlükəsizliyə və qonşu ölkələrlə əlaqələrə təhlükə yaratdığını vurğulayıb.

Üzən maneələrin məqsədini sorğulayan Ezra bildirib ki, qeyri-qanuni immiqrasiyanı əhəmiyyətli dərəcədə azaltdığına dair heç bir inandırıcı dəlil yoxdur.

Ədliyyə Departamentinin Baş Prokurorunun müavini Vanita Gupta, Ezranın qərarı ilə bağlı verdiyi açıqlamada "Məhkəmənin üzən maneələrin qeyri-qanuni olduğu və diplomatik əlaqələrə, ictimai təhlükəsizliyə, naviqasiyaya və federal agentlik rəsmilərinin Rio Qrande çayı və onun ətrafında fəaliyyətlərinə düzəlməz dərəcədə zərər vurduğu barədə qərar verməsindən məmnunuq" - deyə bildirib.

Maneələrin aradan qaldırılması ilə bağlı iddia ABŞ Ədliyyə Nazirliyi tərəfindən Bayden administrasiyasının Texasdakı sərhəd siyasətlərinə etiraz olaraq qaldırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu