Kim Çen In sentyabrda Rusiyaya gələcək


Şimali Koreya lideri Kim Çen In sentyabrda Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər etmək niyyətindədir.


Bu barədə "The New York Times" ABŞ rəsmilərinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, KXDR və Rusiya başçıları sentyabrın 10-dan 13-dək Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcəklər.

Kim Çen Inın Pxenyandan Rusiyaya zirehli qatarı ilə gələcəyi gözlənilir. Mənbələr Şimali Koreya liderinin Moskvaya da səfər edə biləcəyini istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu