Çində COVID-19 hallarında Eris variantı üstünlük təşkil edir


COVID-19-un "Eris" adlanan EG.5 variantının səbəb olduğu hallar Çində şəkildə geniş yayılıb.


Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi açıqlamaya görə, "Eris"ə yoluxma halları aprel ayında ölkədəki ümumi yoluxmaların 0,6 faizini təşkil etdiyi halda, avqustda bu göstərici 71,6 faizə yüksəlib.

"Eris" variantının Çinin əksər bölgə və əyalətlərində üstünlük təşkil etdiyi və bu tendensiyanın davam edəcəyi bildirilir.

"Eris"in geniş yayılmasının səbəbinin virusun immunitetdən yayınma qabiliyyətini artırması və əvvəlki infeksiyaların verdiyi anticisimlərin təsirini azaltması olduğunu vurğulayan rəsmilər klinik əlamətlər baxımından digər variantlardan ciddi bir fərq olmadığını bildiriblər.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada, "Eris"in artan yayılmasına, yayılma sürətinə və toxunulmazlıqdan yayınma qabiliyyətinə baxmayaraq, xəstəliyin şiddətində heç bir dəyişiklik olmadığı və ictimai sağlamlıq riskinin "qlobal səviyyədə aşağı olduğu" bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu