Azərbaycanda koronavirusun “Eris” variantı aşkarlanıb?


“Hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur”.



Bunu “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev bildirib.

V.Əliyev qeyd edib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

“COVID-19-un yeni ştamı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir”.

“Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir”, - infeksionist əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu