Çin ABŞ-ı Tayvan ticarət təşəbbüsü layihəsini geri çəkməyə çağırıb


Çin ABŞ-ı “ABŞ-Tayvan 21-ci Əsrin Ticarət Təşəbbüsü” çərçivəsində Faza 1 sazişini həyata keçirmək üçün "qondarma" qanun layihəsini geri götürməyə çağırır.


Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. "Sinxua" yazır ki, agentliyin sözçüsü ABŞ-ın yuxarıdakı sənədi imzalayıb-imzalamaması ilə bağlı suala cavab olaraq bildirib.

“Çin Tayvan Çin Regionu və Çinlə diplomatik əlaqələr qurmuş ölkələr arasında rəsmi qarşılıqlı əlaqənin istənilən formasına qəti şəkildə qarşıdır. Bunlara danışıqların aparılması və ya suverenliyi nəzərdə tutan və ya rəsmi xarakter daşıyan hər hansı müqavilələrin imzalanması daxildir”, - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu