Çin Tayvanla bağlı Yaponiyanı şiddətlə qınayıb
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çin hər hansı yapon siyasətçinin Tayvan bölgəsinə səfərini və Tayvan boğazının iki tərəfi arasında gərginliyi artırmağa yönəlmiş məsuliyyətsiz açıqlamalar verməsini qətiyyətlə pisləyir.
Liberal Demokrat Partiyasının sədr müavini və Yaponiyanın keçmiş baş naziri Taro Aso bu yaxınlarda Tayvana səfər edib, burada Cai İnq-ven, Lai Qinqde və başqaları ilə görüşüb, həmçinin çıxış edib.
"Sinxua" agentliyinin məlumatına görə, o, orada Tayvan boğazı da daxil olmaqla, regionda müharibə olmamalı olduğunu bəyan edib və güclü qorxuducu qüvvə və döyüşlərdən istifadəyə psixoloji hazırlığa çağırıb.