Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb


Sloveniyanın şimal, mərkəzi, şərq və qərb bölgələrində baş verən seldə həyatını itirənlərin sayı 6-ya yüksəlib.


Sloveniya Xəbər Agentliyinin (STA) məlumatına görə, ölkənin Mirna Peç bələdiyyəsinin İvanja kəndindən keçən Temenica çayında kişi meyiti tapılıb. Cəsədin dünən sel işləri zamanı foseptik çəninə düşərək yoxa çıxan 35 yaşlı şəxsə məxsus olduğu açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge əvvəllər X sosial media platformasında Sloveniyada baş verən son daşqınla bağlı paylaşım edib.

Sloveniyaya dağıdıcı daşqın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verdiyini bildirən Kluge, "Avropada bir vaxtlar qeyri-sabit hava şəraiti yeni normal halına gəldi. İqlim böhranının sağlamlığa təsirləri ilə mübarizədə ölkələri dəstəkləyirik" - deyə qeyd edib.

Sloveniya polisi cümə günü baş verən daşqın nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb.

Sloveniyanın Ətraf Mühit Agentliyi də leysan yağışlar səbəbilə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb və insanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib.

Ölkənin baş naziri Robert Qolob selin vurduğu ziyanın 500 milyon avronu keçə biləcəyini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu