Çinin şimal-şərqində daşqın səbəbindən 12500 nəfər təxliyə edilib


Şimal-Şərqi Çində Şulan bələdiyyəsində güclü yağışlar yağıb.


Bildirilib ki, ətraf qəsəbə və kəndləri su basması ilə əlaqədar 12550 nəfər təxliyə edilib. Evakuasiya bildirişi "Meijingwang" xəbər saytında yerləşdirilib.

Meteoroloji məlumatlar göstərir ki, avqustun 1-i axşamdan avqustun 4-ü səhərədək Şulan şəhərində orta yağıntı 106,7 mm, təkcə Yonqşenq meşə təsərrüfatında 484,7 mm olub.

İnsanları xilas etmək üçün 980-dən çox hərbçi, polis, yanğınsöndürən və həkim göndərilib.

Çinli meteoroloqların məlumatına görə, “Doksuri” super qasırğasının gətirdiyi yağış cəbhəsi Rusiya ilə həmsərhəd olan Çinin şimal-şərqinə doğru hərəkət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu