İranda havanın temperaturu 50 dərəcəni keçib


İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib.


İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Xuzistanın Meteorologiya İdarəsinin baş direktoru Məhəmməd Sazahzari əyalətdə isti hava şəraiti ilə bağlı açıqlama verib.

Sazahzari qeyd edib ki, son 24 saat ərzində Xuzistan əyalətinin 8 şəhərində havanın temperaturu 50 dərəcədən yuxarı ölçülüb.

Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə göstərib.

Aşırı istilər səbəbindən son 24 saat ərzində xəstəxanaya 16 nəfər müraciət edib, onlarda iki nəfəri xəstəxanada müalicə alır. Vilayətdə sabahdan etibarən külək olacağı, qarşıdakı iki həftə ərzində yüksək temperaturlara rast gəlinməyəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu