Rusiyada termometrlər mənfi 56 dərəcəni göstərdi


Rusiyada qışın gəlməsi ilə havanın temperaturu aşağı düşüb. Ölkənin Sibir bölgəsində yerləşən Yakutiyada termometrlər mənfi 56 dərəcəni göstərərkən, paytaxt Moskva ağ rəngə bürünüb.


Yakutiyada yerləşən Yakutskda havanın temperaturu mənfi 44 ilə mənfi 47 arasında ölçüldüyü halda, Oymyakonda axşam saatlarında havanın temperaturu mənfi 56 dərəcə olaraq qeydə alınıb.

Mütəxəssislər külək və rütubəti nəzərə alsaq, Oymyakonda temperaturun mənfi 60 dərəcədən çox hiss ediləcəyini və gecə ərzində temperaturun daha da aşağı düşəcəyini bildiriblər.

Rusiya Milli Meteorologiya Xidmətindən verilən açıqlamada deyilir: “Dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir”.

Moskvada qarın qalınlığı 35 santimetrə çatıb. Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb.

Bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu