İranın 6 şəhərində havanın temperaturu 50 dərəcəni keçib
İranda son bir həftədə havanın orta temperaturunun 30,3 dərəcə olduğu, 6 şəhərdə termometrlərin 50 dərəcəni yuxarı göstərdiyi açıqlanıb.
İran Meteorologiya Qurumunun Hava Proqnozları Mərkəzinin rəhbəri Sadik Ziyaiyan ölkədə yüksək hava temperaturu ilə bağlı açıqlama verib.
Ziyaiyan qeyd edib ki, Meteorologiya İnstitutunun məlumatına görə, son bir həftədə ölkədə havanın orta temperaturu 30,3 dərəcə olub ki, bu da uzunmüddətli dövrlə (30 il) müqayisədə yarım dərəcə artım olduğunu göstərir.
İyunun 22-dən etibarən ölkədə orta hava istiliyinin 30,1 dərəcə olaraq ölçüldüyünü bildirən Ziyaiyan, uzunmüddətli dövrlə müqayisədə hava istiliyinin bir dərəcə artdığını deyib.
Ziyaiyan bildirib ki, artıq 6 şəhərdə havanın temperaturu 50 dərəcəni keçib.
İran rəsmisi bildirib ki, termometrlər İlam əyalətinin Dehloran şəhərində 51,6, Xuzistan əyalətinin Ümidiya şəhərində 51,2, Əhvazda 50,8, Ağcari şəhərində 50,3, Ramhörmüz şəhərində 50,2 və Şuş şəhərində 50,0 dərəcə yuxarı göstərib. çatdırı.