Kanadanın baş naziri Trudeau 18 illik evliliyinə son qoyduğunu açıqlayıb


Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi 18 illik evlilikdən sonra ayrıldıqlarını açıqlayıb.


"Sofi və mən bildirmək istərdik ki, bir çox mənalı və çətin söhbətlərdən sonra yollarımızı ayırmaq qərarına gəldik", - deyə Trudeau Tvitter hesabında yazıb.

51 yaşlı baş nazir yazıb: "Həmişə olduğu kimi, biz bir-birimizə və birlikdə qurduğumuz və qurmağa davam edəcəyimiz hər şeyə sevgi və hörmətlə bağlı ailə insanları olaraq qalırıq".

Baş nazirin ofisi bildirib ki, cütlük rəsmən ayrılıq müqaviləsi imzalayıb. "Onlar verdikləri qərarla bağlı bütün lazımi hüquqi və etik addımların atılmasını təmin ediblər və gələcəkdə də atacaqlar", - baş nazirin mətbuat xidmətindən bildiriblər.

Kanadada ayrılıq müqaviləsi məhkəmə tərəfindən təsdiqlənən rəsmi boşanma deyil, ər-arvadın ayrılmaq üçün qanuni qərarıdır. Ayrılıq, ər-arvadın münasibətlərini deyilsə, ən azı boşanmanın maddi tərəfi və uşaqların qəyyumluğu ilə bağlı məsələləri həll etmək üçün vaxt verir. Bir illik ayrılıq son boşanma üçün əsas ola bilər.

"Uşaqlarımızın rifahı naminə sizdən bizim və onların şəxsi həyatına hörmətlə yanaşmağınızı xahiş edirik", - baş nazir xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu