Mütəxəssislər 40 min ildən artıqdır ki, buzda qalan qurdları canlandırıblar


Alimlər təxminən 46.000 ildir donmuş torpaqda qalan qurdları canlandırıblar.


"PLOS Genetics"in məlumatına görə, qurdlar Sibirdə 40 metr dərinlikdə yerləşən su anbarından çıxarılıb.

"Biz Panagrolaimus növünün fərdlərinin son Pleystosen dövründən (təxminən 46.000 il əvvəl) kriptobiozda olduqlarını göstərən dəqiq radiokarbon tarixlərini təqdim edirik" - deyə tədqiqat müəllifləri bildiriblər.

Alimlər "Sky News"a bildiriblər ki, qurdlar su və qida ilə canlandırılıb və cəmi bir ay yaşayıb. Bu müddət ərzində onlar 100-dən çox yeni qurd nəsli yaratmağa nail olublar. Tədqiqatın rəhbəri Teimuraz Kurtschalia qeyd edib ki, qurdlar proqnozlaşdırılandan xeyli uzun müddət dayandırılmış animasiya vəziyyətində olublar.

Alimlər qeyd edirlər ki, tədqiqat təkamül prosesinin öyrənilməsi üçün vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu