ABŞ-da sivilizasiyadan təcrid olunmuş şəkildə yaşamağa çalışan 3 nəfərin cəsədi tapılıb


ABŞ-ın Kolorado ştatında sivilizasiyadan təcrid olunmuş şəkildə yaşamağa çalışan 3 nəfərin öldüyü müəyyən edilib. Kristin və Rebekka Vans bacılarının və Rebekkanın 14 yaşlı oğlunun cəsədləri Rokki dağlarında ucqar düşərgədə tapılıb.


Meyitləri araşdıran məhkəmə-tibb eksperti onların böyük ehtimalla aclıqdan və ya soyuq qış şəraitindən öldüyünü bildirib.

Görünən odur ki, üçlük ötən yay düşərgəyə başlayıb və qışda həyatını itirib.

Rebekka Vansın ögey bacısı Trevala Jara "Washington Post" qəzetinə deyib ki, bacısı dünyanın gedişatından razı deyildi: "Ona görə də oğlunu və bacısını götürüb hamıdan uzaq yaşamaq istədi".

Jara 40 yaşlarında olan iki bacının sivilizasiyadan uzaqda yaşamaq təcrübəsinin olmadığını və Kolorado dağlarında sağ qalmaq üçün onlayn videolara baxdıqlarını izah deyib. "Bu sahədə təcrübəniz olmasa, buna nail ola bilməzsiniz. İnternetdə videolara baxıb sivilizasiyadan uzaqda sağ qala bilməzsən" - deyən qadın bacılarının hazırlıqsız olduqları üçün aclıqdan öldüklərini bildirib: "Avqust ayında bizimlə vidalaşmağa gələndə biz onların qarşısını almağa çalışdıq, lakin bizi dinləmədilər. Onlar artıq öz qərarlarını vermişdilər".

Kolorado Sprinqsdə həyatlarını tərk edərək dağa gedən üçlüyün ölüm səbəbləri məhkəmə-tibbi ekspertizanın rəyi hazırlandıqdan sonra dəqiqləşəcək.

Üçlüyün cəsədlərindən qalanları iyulun 9-da Gunnison Milli Meşəsində Gold Creek düşərgəsində gəzinti zamanı bir dağ turisti tapıb.

O, cəsədlərdən ikisinin 2900 metr yüksəklikdəki çadırda, birinin isə çadırdan kənarda tapıldığını söyləyib.

Həkim Barnes bildirib ki, üçlüyün sığınacaq tikməyə çalışdıqları, lakin qış şəraiti pisləşincə bundan əl çəkdikləri anlaşılır: "Onların yanlarında sağ qalmaq və yemək axtarmağa dair kifayət qədər kitabları var idi. Ancaq anladığımız kimi, onlar yeməklərini yerli ərzaq mağazasından alırmışlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu