Alovun ortasında qalan tısbağanın köməyinə yanğınsöndürənlər gəldi


Hatayın mərkəzi Antakya rayonunda küləş yanğınında alovların ortasında qalan tısbağa yanğınsöndürənlər tərəfindən xilas edilib. Tısbağa daha sonra yenidən təbiətə buraxılıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayın Kuzeytəpə məhəlləsində əkinçilik sahəsində küləş yanğını baş verib. Əraziyə yanğınsöndürənlər göndərilib. Yanğının söndürülməsi zamanı əməkdaşlardan biri alovun ortasında tısbağanın qaldığını görüb.

Tısbağanı xilas edərək üzərinə su tökən qruplar daha sonra onu yenidən təbiətə buraxıblar.

Yanğın qrupların müdaxiləsi ilə söndürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu