Evdə qəhvə içərkən üzərinə meteorit düşdü


Fransada rəfiqəsi ilə qəhvə içən qadının üzərinə meteorit düşüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan qadın evin damından sıçrayan kiçik meteoritin hədəfi olub. Fransanın "Les Dernieres Nouvelles d'Alsace" (DNT) qəzetinin yazdığına görə, qadın terrasda rəfiqəsi ilə söhbət edərkən onun qabırğasına sirli daş dəyib.

Mətbuata açıqlama verən qadın, "Yanımızdakı damdan yüksək səs gəldiyini eşitdim. Sonrakı saniyədə qabırğalarımda bir sarsıntı hiss etdim. Bunun heyvan olduğunu, yarasa olduğunu düşündüm" - deyə bildirib.

Geoloq Thierry Rebmann qadına dəyən sirli obyekti araşdıraraq, cismin dəmir və silikon qarışığından ibarət olduğunu müəyyən edib. Bu, obyektin həqiqətən də meteorit olması ehtimalını gücləndirir.

NASA hər gün Yerə təxminən 48 ton meteorit düşdüyünü təxmin etsə də, onların böyük əksəriyyəti nəzarətsiz ərazilərə və ya dənizlərə tuş gəlir.

Meteoritlərin insanlara dəyməsi ilə bağlı bir neçə hadisə qeydə alınıb.

Məlumdur ki, 1954-cü ildə ABŞ-da 9 kiloluq meteorit bir qadının üzərinə düşüb. Bu meteorit evin tavanını deşərək qadını "yaxalayıb".

Bu, həm də meteoritin bir insana dəydiyi təsdiqlənmiş ilk hadisə kimi istinad edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu