Bu gündən hava şəraiti sabitləşəcək, havanın temperaturu yüksələcək


İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.


Bu barədə AFN.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu