Polşa bu gün ilk Abrams tanklarını alır


Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkə ordusunu gücləndirmək üçün səy göstərdiklərini bildirib.


O, "Silah altında 172 min əsgərimiz var və bu gün ilk Abrams tanklarını alırıq" ifadələrini işlədib.

Polşanın Torun şəhərində keçirilən konfransda Blaşçak ölkəni öz ordusundan başqa heç kimin müdafiə etməyəcəyinin vurğulayıb.

Güclü olduqlarını dilə gətirən Blaşçak, "Hər cür silahlı qüvvələri inkişaf etdiririk. Qarşılaşa biləcəyimiz bütün təhdidlərə cavab veririk" deyib.

Polşanı ortaq mədəniyyət və dəyərlərin birləşdirdiyini vurğulayan Mariuş Blaşçak, "Bu dəyərləri Polşa əsgərləri müdafiə edir. Sərhədlərimizdən kənarda müharibə gedir. Bizim vəzifəmiz mümkün qədər tez hərəkətə keçməkdir" bildirib.

Polşa torpaqlarının hər tərəfini müdafiə etdiklərini ifadə edən Blaşçak, Polşanın şərqində təhlükəsizliyə cavabdeh olan yeni bölmələr yaratdıqlarını qeyd edib: "Məqsədimiz təcavüzkarın qarşısını almaqdır. Postsovet məkanı ilə müasir hava və raket hücumundan müdafiə arasında böyük fərq var. Biz güclü Polşa ordusunu kəmiyyət əsasında qururuq. Bizim silah altında 172 min əsgərimiz var. Bu gün biz ilk Abrams tanklarını alırıq. ABŞ qüvvələrinin Polşada mövcudluğunu daim gücləndiririk".

Mariuş Blaşçak yanvarın 4-də ABŞ rəsmilərinin təsdiqindən sonra orduya gətiriləcək 116 Abrams tankı ilə bağlı müqaviləni təsdiqlədiyini açıqlayıb.

Polşa Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Abrams tankları üçün müqavilənin ümumi dəyəri 1,4 milyard dollar olaraq hesablanıb. Bunun təxminən 200 milyon dolları ABŞ tərəfindən Polşaya verilən yardım fondları çərçivəsində maliyyələşdiriləcək.

Polşa 116 modernləşdirilmiş tanka əlavə olaraq 250 ən müasir Abrams döyüş tankı sifariş etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu