Polşa ABŞ-dan 486 HIMARS alır
Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ-dan dəyəri 10 milyard dollar olan 486 ədəd HIMARS reaktiv yaylım atəşi sistemlərinin alınması və ölkə ordusuna çatdırılması üçün çərçivə müqaviləsini təsdiqləyib.
Müqavilənin təfərrüatları Blaşçakın və Polşa Müdafiə Nazirliyinin X hesablarında edilən yazılarda yer alıb.
Nazir Blaşçak, "HIMARS düşməni çəkindirəcək bir zərbə qüvvəsi təşkil edəcək. Bu, bizi təhlükəsiz saxlayacaq bir ehtiyacdır" - deyə bildirib.
Polşa Müdafiə Nazirliyinin yaydığı yazıda bildirilir ki, Polşa ordusunda əvvəllər ABŞ-dan sifariş edilənlər də daxil olmaqla, ümumilikdə 500 HIMARS olacaq. Eyni zamanda qeyd edilir ki, təsdiqlənmiş cədvələ əsasən, çatdırılmanın 2025-ci ildə başlanması gözlənilir.
Bu arada, Polşa mətbuatında yer alan xəbərlərə görə, HIMARS-ın təxmini dəyəri 10 milyard dollar olaraq hesablanır.