ABŞ kimya nəhəngini suyun çirklənməsinə görə milyardlar ödəməyə məcbur edib


ABŞ-ın 3M kimya korporasiyası suyu kimyəvi maddələrlə çirkləndirdiyinə görə ölkənin su sistemi operatorlarına 13 il ərzində 10,3 milyard dollar ödəyəcək.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi şirkətə istinadən məlumat yayıb.

Şirkətə qarşı ABŞ-ın bir neçə ştatının sakinlərindən çoxlu məhkəmə iddiası olub. Onların iddiaları torpağa və su obyektlərinə per və poliftoralkil birləşmələrinin (PFAS) daxil olması ilə bağlı olub. Bu sintetik maddələr suda uzun müddət parçalanmır, buna görə onlara "əbədi kimyəvi maddələr" deyilir. Həmin maddələr insanlarda təhlükəli xəstəliklərə səbəb ola bilərlər.

Şirkət PFAS tapan bütün ABŞ hökumətinin su təchizatçılarına maliyyə təmin edəcəyini bildirib. Bundan əlavə, korporasiya suyun bu sintetik maddələrin olub-olmaması üçün sınaqdan keçirilməsini və onun təmizlənməsini maliyyələşdirməyi öhdəsinə götürüb.

Bu tədbirləri 3M həll razılaşmasının bir hissəsi kimi təmin etməyə razılaşıb. Eyni zamanda, korporasiya suyun çirklənməsi ilə bağlı günahlarını etiraf etmədiklərini və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmayacağı təqdirdə müdafiəni davam etdirməyə hazır olduqlarını bildirib.

Korporasiya tibb müəssisələri və müxtəlif sənaye sahələri üçün mallar yaradır, həmçinin gündəlik məhsullar istehsal edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu