İnsanlar 2045-ci ilədək tamamilə sonsuzlaşacaq - ŞOK ARAŞDIRMA!
Nyu-Yorkun Sina Dağındakı Icahn Tibb Məktəbinin professoru Shanna Svan, insanlarda reproduktiv nisbətlərin sürətli azalması ilə əlaqədar xəbərdarlıq edib və bunun əsas səbəbinin plastiklərdə olan kimyəvi maddələrlə bağlı olduğunu bildirib.
"Tha Guardian" qəzetinin xəbərinə görə, Qərb ölkələrində kişilərin sperma sayının son 40 ildə 50 faizdən çox azaldığını ortaya qoyan genişmiqyaslı bir araşdırmanı başa çatdıran Svanın insanların niyə uşaq dünyaya gətirmək imkanlarını itirdiyini özündə əks etdirən kitabı keçən ay nəşr olunub. Svan, "Tha Guardian"a açıqlamasında insanların reproduktiv sağlamlıq böhranının olduğunu bildiklərini, ancaq bunu gec doğuş, seçim və ya həyat tərzi ilə əlaqələndirdiyini, kimyəvi maddələr barədə düşünmədiyini bildirib. İnsanların bundan xəbərdar olmasını istədiyini deyən Svan, digər amillərin tamamilə təsirsiz olduğunu söyləmədiyini, ancaq kimyəvi maddələrin böyük rol oynadığına diqqət çəkib. O, kimyəvi maddələrin insanlara təsiri ilə əlaqədar olaraq, "orqanizmin cinsi hormonlarına hücum etdiyini və ya onları təqlid etdiyini" söyləyib və ən vacib problemin də plastikləri yumşaltmaq və uzatmaq üçün istifadə olunan ftalatın olduğunu bildirib. Svan, ftalatların hər kəsdə, çox güman ki, qida təsiri nəticəsində, ilk növbədə istehsalda, emalda və qablaşdırmada yumşaq plastiklərin istifadəsi ilə əlaqəli olduğunu deyib.
Svan, kimyəvi maddələrin testosteronu aşağı salmaqla, sperma sayını azaltmaqla uşaq artımında ən çox kişilərə təsir etdiyini, eyni zamanda qadınlar üçün zərərli olduğunu, libidonu azaldıb, erkən yetkinlik riskini artırdığını, erkən yumurtalıq çatışmazlığı, erkən doğum riskini artırdığını bildirib. O, doğuş faizindəki azalmanın, ekstrakorporal mayalanma kimi müalicələrlə asanlıqla həll edilə bilən bir üsul olmadığını vurğulayaraq, bunun bəşəriyyət üçün mövcud olma təhlükəsinə işarə etdiyi və 2045-ci ilə qədər insanların tamamilə sonsuzlaşması yolunda olması ilə bağlı xəbərdarlıq edib. Svan, bu tendensiyanın qarşısını almaq üçün kimya sənayesinin istehlak üçün hormonlara təsir etməyən yeni kimyəvi maddələr inkişaf etdirməli olduğunu və uşaq sahibi olmağı planlaşdıranların evlərinə gətirdikləri plastik, teflon, BPA və ftalatlarla bağlı diqqətli olmalarını vurğulayıb.
NİGAR