TÜGİK-in sədr müavini yol qəzasında dünyasını dəyişib


Türkiyə Gənc İş Adamları Konfederasiyasının (TÜGİK) sədr müavini Fatih Yiğit yol qəzasında həyatını itirib.


AFN.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Bildirilir ki, əskişəhərdə yağış səbəbindən sürüşkən yolda idarəetmədən çıxaraq sahəyə uçan avtomobilin sürücüsü iş adamı Fatih Yiğit (36) həyatını itirib.

Qəza axşam saatlarında Əskişəhər-Kütahya yolunun 11-ci kilometrliyində baş verib. Türkiyə Gənc İş Adamları Konfederasiyasının (TÜGİK) sədr müavini Fatih Yiğitin idarə etdiyi 06 FY 2646 dövlət nömrə nişanlı avtomobil, yağış səbəbiylə sürüşkən yolda sükan hakimiyyətini itirən sürücünün tarlaya uçması ilə nəticələnib.

Qəzanı görənlərin xəbərindən sonra polis və sağlamlıq qrupu bölgəyə göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən müdaxilədə Fatih Yiğitin həyatını itirdiyi məlum olub.

Prokurorluq və polisin araşdırmasından sonra Yiğitin cəsədi Əskişəhər Şəhər Xəstəxanasının morquna aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu