Dövlət Agentliyinin sədri xaricdə yaşayan azərbaycanlı həkimlərə çağırış edib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xaricdə yaşayan azərbaycanlı həkimlərə çağırış edib.


"Report" xəbər verir ki, Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxış edən Z.Əliyev tədbirdə iştirak edən dünyadakı azərbaycanlı həkimləri Azərbaycanda işləməyə dəvət edib.

“Artıq Azərbaycan çox inkişaf edib. Bizim insan kapitalına ehtiyacımız var. Sizləri Azərbaycanda birgünlük yox, gələcəkdə daimi görmək istərdik”, - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu