Milli Məclisin komitə sədri icbari tibbi sığortanı genişləndirməyə çağırıb


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xaricdə təhsil alıb və orada yaşayan azərbaycanlı həkimlərə müraciət edib.


"Report" xəbər verir ki, o, Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı bildirib ki, həmin həkimlər azərbaycanlı gənclərin peşəkarlaşmasına yardımçı olsunlar.

"Xaricdə işləyən həkimlərimizin daha geniş imkanlara malik olmalarını istərdim. Onlar hər il bir neçə gənci Azərbaycandan aparıb, peşəkarlaşmasına yardımçı olsunlar. Onlar da qayıdıb Vətənlərində xidmət etsinlər. Xaricdə təhsil, işləmək üçün gedənlərin də qalması vacibdir, çünki onlar Azərbaycanı təmsil edirlər", - Ə.Əmiraslanov vurğulayıb.

O, həmçinin yaxın gələcəkdə icbari tibbi sığorta üzrə xidmətlər zərfinin bütün xəstəlik və patologiyaları əhatə etməsinə ümid etdiyini qeyd edib: "Bu gün həmin siyahı geniş olsa da, müəyyən xəstəliklərin bura daxil edilməsinə ciddi ehtiyac var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu