Məşhur idmançı qəza nəticəsində dünyasını dəyişdi


Məşşhur velosipedçi Gino Mader "Tour de Suisse"nin 5-ci mərhələsində ağır qəza keçirərək 26 yaşında dünyasını dəyişib.


Bu gün İsveçrədə keçirilən velosiped yarışının 5-ci dövrəsində isveçrəli velosipedçi Gino Mader qəza keçirib. Gölməçədə tapılan Mader ilkin tibbi yardımla həyata qaytarılıb və helikopterlə xəstəxanaya aparılıb.

Lakin 26 yaşlı Maderi xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.

Maderin uçurumdan yıxılmasının səbəbi hələlik məlum deyil.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu