Avropa batareyaları çıxarılmayan noutbukları qadağan edib


Avropa İttifaqı Parlamenti batareyaları dəyişdirilə bilməyən noutbukların satışını qadağan edən yeni direktivi qəbul edib.


“ComputerBase” şirkətinin məlumatına görə, noutbukların istifadə müddətini uzatmaq və ətraf mühitə zərərli elektron tullantıların miqdarını azaltmaq məqsədi daşıyan yeni qanun qəbul olunduqdan üç il yarım sonra qüvvəyə minəcək.

Sənəddə qeyd olunur ki, daşınan qurğular elə dizayn edilməlidir ki, istehlakçılar batareyaları özləri çıxarıb dəyişdirə bilsinlər.

Aİ-nin yeni parlament tələbi demək olar ki, bütün noutbuk istehsalçılarının həyatını çətinləşdirəcək, çünki onların hamısı çıxarılmayan batareyaları olan modellərə, o cümlədən batareyaları korpusa yapışdırılmış nazik ultrabuklara malikdir. Əksər hallarda belə batareyalar hələ də dəyişdirilə bilər, lakin bunu yalnız xidmət mərkəzlərinin mütəxəssisləri edə bilər.

Yeni tələb hələ ki, smartfon və planşet kompüterlərə şamil edilməyib. Lakin ola bilsin ki, gələcəkdə yeni qaydaların onlara da təsiri olsun.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu